O, Qazağıstan səfərini taxirə salmalı oldu
Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının (BMA) rektoru Fərhad Bədəlbəyli Qazaxıstanın paytaxtı Astana şəhərində MDB ölkələrinin musiqi akademiyalarının rektorlarının toplantısında iştirak etməyib. Bunu APA-ya açıqlamasında BMA rektoru, xalq artisti Fərhad Bədəlbəyli deyib. O bildirib ki, bu toplantıya dəvət olunsa da, qatılmaq imkanı olmayıb. Səfərin baş tutmamasına səbəb musiqiçinin səhhətində yaranmış problemlərdir.
Qeyd edək ki, yanvarın 21-i və 22-də Qazaxıstanda MDB musiqi akademiyalarının toplantısı keçirilib. Toplantıda MDB ölkələrində fəaliyyət göstərən musiqi akadmeiyaların mövcud problemləri müzakirə edilib.
DİGƏR XƏBƏRLƏR