Məlumatda hem zərərçəkənlərin olduğu, həmdə olmadığı deyilir
Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Elxan Poluxov deyib. O bildirib ki, ölən və yaralananlar arasında Azərbaycan vətəndaşlarının olması barədə hələlik hər hansı məlumat yoxdur.
Xatırladaq ki, yanvarın 24-də “Domodedovo” hava limanında törədilən terror aktı nəticəsində 35 nəfər ölüb, yaralılardan 110-u xəstəxanalara çatdırılıb. Onların arasında rusiyalı olmayan 8 nəfər – Özbəkistan, Tacikistan, Qırğızıstan, Fransa, İtaliya, Almaniya, Slovakiya və Böyük Britaniya vətəndaşları da var. “Vesti.ru” portalının zərər çəkənlər arasında Azərbaycan vətəndaşlarının olduğu haqda xəbəri təsdiqlənməyib.
Xatırladaq ki, bundan öncə yayılan məlumatlardam zərər çəkənlər arasında azərbaycanlılar olduğu deyilirdi
DİGƏR XƏBƏRLƏR