ÖLƏNLƏRİN SAYI 95-Ə ÇATIB
Güc tətbiqinə baxmayaraq, hazırda Misirin paytaxtı Qahirənin «Təhrir» meydanına 50 minə yaxın insan toplaşmaqdadır.
«Əl-Cəzirə» kanalının verdiyi məlumata görə, Misirdə etirazçılarla təhlükəsizlik qüvvələri arasında toqquşmalarda ölənlərin sayı 95 nəfərə çatıb.
Məlumata görə, təkcə Süveyş şəhərində ölənlərin sayı 27-yə çatıb.
Qahirəyə tanklar yeridilib.
Axşam saat 4-dən səhər saat 8-dək davam etməli olan komendant saatına əməl olunmur.
Komendant saatı yanvarın 28-də tətbiq edilib.
Qahirədə polis gözə dəymir. Küçələrə hərbçilər çıxarılıb.
İmad adlı Qahirə sakini deyir ki, hökumətin dəyişməsi heç nəyi həll etmir:
«Əhməd Nazif hökumətinin istefaya göndərilməsi və onun başqasıyla əvəzlənməsi heç nəyi dəyişməyəcək. Siyasət dəyişməlidir. 1993-cü ildən biz Dünya Bankının göstərişləri ilə yaşayırıq. Ona görə də kasıblıq 43 faizə çatıb və bu, Mübarəkin yanlış siyasətinin nəticəsidir».
DİGƏR XƏBƏRLƏR