Azərbaycan əhalisinin 2,9 mln. nəfərini və ya 31,4%-ni gənclər təşkil edir.
Dövlət Statistika Komitəsindən «APA-ECONOMICS»ə verilən məlumata görə, gənclərin 53%-i şəhər yerlərində, 47%-i isə kənd yerlərində yaşayır. Gənclərin yarısını qadınlar təşkil edir.
Son 5 ildə gənc analar tərəfindən doğulan uşaqların sayı 12% artıb və bütövlükdə doğulan körpələrin 82%-i gənc ailələrdə dünyaya gəlib. Ötən il ölkədə nikaha daxil olanların 75%-ni gənclər təşkil edib və son 5 ildə nikah bağlayan gənclərin sayı 12% artıb. İlk dəfə nikaha daxil olan kişilərin orta yaşı 27, qadınların isə 23-dür.
Boşananlar arasında gənclərin xüsusi çəkisi 23% təşkil edir.
DİGƏR XƏBƏRLƏR