Qazaxıstan aprelin 3-də növbədənkənar prezident seçkisi keçirəcək.
Bundan əvvəl prezident Nursultan Nazarbayev səlahiyyət müddətinin bitməsinə iki ilə yaxın vaxt qalsa da, növbədənkənar seçki keçirilməsini istəmişdi.
Bir müddət əvvəl isə parlament Nazarbayevin 2020-ci ilə qədər prezident olmasını dəstəkləyən qanun layihəsini referenduma çıxarmaq istəmiş, amma Konstitusiya Məhkəməsi bu layihəni Konstitusiyaya uyğun saymamışdı.
DİGƏR XƏBƏRLƏR