Sabah Bakının bəzi ərazilərinin qaz təchizatında müvəqqəti məhdudiyyət olacaq.
Qaz təchizatının yaxşılaşdırılması məqsədi ilə 700 mm-lik “Hövsan-Digah-Qaradağ” magistral qaz kəməri ilə 500 mm-lik “Cənub” magistral qaz kəmərinin “Zabrat-2 Qazpaylayıcı Stansiyası – Buzovna Qazpaylayıcı Stansiyası” arasındakı 150 mm-lik əlaqələndirici qaz kəmərinin diametri 300 mm olan qaz kəmərilə əvəz olunması işləri ilə əlaqədar olaraq fevralın 11-də saat 10.00-dan “Cənub” magistral qaz kəmərinin “Zabrat-2 Qazpaylayıcı Stansiyası – Buzovna Qazpaylayıcı Stansiyası” hissəsində təbii qazın nəqli dayandırılacaq.
Həmin müddət ərzində Buzovna qəsəbəsində, Nardaran və Maştağa qəsəbələrinin bir hissəsində təbii qazın verilişində fasilələr yaranacaq.
DİGƏR XƏBƏRLƏR