Səhiyyə Nazirliyi praktik tibb və əczaçılıq fəaliyyəti ilə məşğul olan mütəxəssislər arasında növbəti sertifikasiya imtahanı keçirib.
Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, fevralın 16-da mikrobiologiya ixtisası üzrə keçirilən imtahanda 20 həkim iştirak edib.
Mama-ginekologiya, anesteziologiya-reanimatologiya, dermatovenerologiya ixtisasları üzrə keçirilən müsahibədə isə iştirakçıların hər biri uğurlu nəticələr qazanıblar.
Növbəti test imtahanı neyrocərrahiyyə və stomatologiya ixtisasları üzrə fevralın 23-də keçiriləcək.
DİGƏR XƏBƏRLƏR