2011-ci ilin fevral ayı ərzində Bakı-Tiflis-Ceyhan (BTC) Əsas İxrac Boru Kəməri vasitəsilə 2,8 milyon ton Azərbaycan nefti nəql olunub.
Simsar.az-ın ARDNŞ-in rəsmi saytına istinadən verdiyi məlumata görə, bu ilin yanvar-fevral aylarında bu kəmərlə 5,7 milyon ton neft ötürülüb.
Ümumiyyətlə, kəmər istifadəyə verilən gündən 2011-ci il mart ayının 1-ə qədər BTC-yə 149,2 milyon ton neft vurulub. Bundan başqa, cari ilin fevral ayında BTC kəməri ilə 183 min 138 ton Türkmənistan nefti nəql olunub.
DİGƏR XƏBƏRLƏR