AZAL və BMİ arasında birgə təyyarə reyslərinin həyata keçirilməsinə dair razılaşma imzalanıb
«Azərbaycan Hava Yolları» QSC (AZAL) və Böyük Britaniyanın «British Midland İnternational» (BMİ) aviaşirkəti arasında birgə istismar haqqında razılaşma imzalanıb.
AZAL-dan «APA-ECONOMICS»ə verilən məlumata görə, razılaşmaya əsasən, London («Heathrow» hava limanı) və Bakı (Heydər Əliyev Beynəlxalq Hava Limanı) arasında birgə reyslər həyata keçiriləcək. Bu razılaşma sərnişinlərə iki ölkənin paytaxtları arasında həftədə on reys təklif etmək imkanı yaradacaq.
Uçuşlar AZAL-ın «Airbus A-319» və BMİ-ın «Airbus A-320» avialaynerləri ilə yerinə yetiriləcək.
Qeyd edək ki, hazırda AZAL Bakıdan Londona həftədə 3 dəfə (II, III və VI günlər), BMİ isə həftənin hər günü uçuşlar yerinə yetirir. Bakı-London-Bakı aviareysinə bir biletin qiyməti 557 manat (AZAL) və 879 manat (BMI) təşkil edir.
DİGƏR XƏBƏRLƏR