“Azərsu” tələb edir
“Azərsu” ASC abunəçilərdən fevralın 1-dən sonra su və kanalizasiya xidmətlərinə görə yaranmış borclarını ödəməyi xahiş edir.
Azərsu” ASC-nin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsindən Lent.az-a verilən məlumata görə, əks halda debitor borcu olan istehlakçıların su təchizatı qanunvericiliyə uyğun olaraq qeyd-şərtsiz dayandırılacaq.
Su təchizatı dayandırılmış fiziki və hüquqi şəxslərin şəbəkəyə təkrar qoşulmaları borclar tam ödənildikdən sonra mümkün olacaq. Abunəçilər borclarını bütün poçt şöbələrində və bank filiallarında ödəyə bilərlər.
DİGƏR XƏBƏRLƏR