«Əmlak bazarı iştirakçıları» İctimai Birliyi 2011-ci ilin aprelində Bakının avtomobil bazarında ən çox satılan işlənmiş avtomobillərin hansılar olduğunu müəyyənləşdirib.
Simsar.az xəbər portalının Day.Az saytına istinadən verdiyi məlumata görə, aparılmış monitorinq göstərib ki, işlənmiş avtomobillər bazarında orta qiymət 15115 dollardır.
3 ildən artıqdır ki, «Mercedes-Benz» ən çox satılan maşınlar arasında liderdir. İşlənmiş maşınlar bazarında onun payı 30,3%-dir. Bazarda satılan avtomobillərin 86,2%-i özündə 9 avtomobil markasını birləşdirir.
Apreldə Rusiya istehsalı olan avtomobillərə tələb xeyli artıb. Məsələn, «BMW» markalı maşınlara isə əkinə, təlabat azalıb.
DİGƏR XƏBƏRLƏR