Səfirlik həmin məkanı açıqladı
İyunun 12-də Türkiyədə keçiriləcək parlament seçkilərində bu ölkənin Azərbaycanda yaşayan vətəndaşlarına səs vermək üçün şərait yaradılacaq.
Bu barədə Simsar.az-a Türkiyənin Azərbaycandakı səfirliyinin mətbuat xidmətindən məlumat verilib. Məlumata görə, Türkiyə vətəndaşları iyunun 12-də Azərbaycanın Naxçıvan Muxtar Respublikasındakı gömrük-keçid məntəqəsində səs verəcəklər.
Qeyd edək ki, paytaxt Bakı da daxil olmaqla, Azərbaycanda Türkiyənin xeyli vətəndaşı yaşayır. Onların arasında Azərbaycanda təhsil alan, biznes və digər fəaliyyət növü ilə məşğul olanlar da var.
DİGƏR XƏBƏRLƏR