Yaxın 1-1,5 ay ərzində Qırğızıstan baş nazirinin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycana gələcək.
Bu barədə jurnalistlərə Azərbaycanda rəsmi səfərdə olan Qırğızıstan parlamentinin sədri Axmatbek Keldıbekov məlumat verib. O bildirib ki, baş nazirin səfəri zamanı ikitərəfli iqtisadi, texniki, hərbi əlaqələrin inkişafı müzakirə ediləcək.
Parlament sədri deyib ki, münasibətlərin canlandırılmasına çox ciddi ehtiyac var. Belə ki, ötən il ərzində Azərbaycan-Qırğızıstan əmtəə dövriyyəsinin həcmi cəmi 5,8 milyon dollar olub.
Qarabağ münaqişəsinin həllinə toxunan A. Keldıbekov bəyan edib ki, Qırğızıstan Azərbaycan ərazi bütövlüyünü dəstəkləyir və münaqişənin çözümünü siyasi vasitələrdə görür.
DİGƏR XƏBƏRLƏR