Qardaş Türkiyədə növbəti Ali Hərbi Şura ərəfəsində sürpriz qərarların müzakirə olunduğu bildirilir.
“Star” qəzetinin məlumatına görə, xüsusilə terrorla mübarizə ilə bağlı önəmli qərarların qəbul ediləcəyi gözlənilir. Məlumatda bildirilir ki, hazırda Ankarda xidmətdə olan 170 generalın qaynar bölgələrdə yerləşən hərbi hissə və qarnizonlara rəis göndərilməsi də müzakirə olunan qərarlar arasındadır.Qəzetin yazdığına görə, ümumiyyətlə, Türk Silahlı Qüvvələrinin şəxsi heyətinin sayı təfərrüatı ilə müzakirə edilir. Normadan artıq sayda olan general sayısının aşağı - 363-dən 301-ə salınması gözlənilir. Bununla bağlı dünyanın ən güclü ordularının strukturları nəzərdən keçirilir.
DİGƏR XƏBƏRLƏR