Prezidentin digər sərəncamı ilə İbrahim Hacıyev Hindistana səfir təyin olunub
Prezident İlham Əliyev Tamerlan Qarayevin Azərbaycanın Hindistanda, Şri Lankada, Nepalda, Maldivdə və Banqladeşdə fövqəladə və səlahiyyətli səfiri vəzifələrindən, İbrahim Hacıyevin Azərbaycanın İndoneziyada, Timor-Leste Demokratik Respublikasında, Filippində fövqəladə və səlahiyyətli səfiri və Cənub-Şərqi Asiya Dövlətləri Assosiasiyası (ASEAN) yanında daimi nümayəndəsi vəzifələrindən geri çağırılması haqqında sərəncamlar imzalayıb.Prezidentin digər sərəncamları ilə Tamerlan Qarayev Azərbaycanın İndoneziyada, İbrahim Hacıyev isə Azərbaycanın Hindistanda fövqəladə və səlahiyyətli səfiri təyin olunub.
DİGƏR XƏBƏRLƏR