Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.
Aparılan müzakirələrdən sonra Premyer Liqanın 6-cı turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul edilib:
Premyer Liqanın 6-cı turunun “Simurq”– “Kəpəz” matçının 45-ci dəqiqəsində “Kəpəz”in futbolçusu Razvan Tarlea kobud oyuna görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanıb, klubu 200 manat cərimə olunub. Oyunun 65-ci və 73-cü dəqiqəsində “Simurq”un azarkeşləri tərəfindən meydançaya kənar əşya atıldığı üçün klub 2000 manat cərimə olunub. Matçın 65-ci dəqiqəsində “Simurq”un futbolçusu İlkin Qırtımov aqressiv hərəkətə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 2 oyunluq cəzalanıb, klubu 2000 manat cərimə olunub. Oyunun 74-cü dəqiqəsində “Kəpəz”in futbolçusu Ceyhun Sultanov idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanıb, klubu 200 manat cərimə olunub.
“Qarabağ” – “Xəzər Lənkəran” matçının 63-cü dəqiqəsində “Xəzər Lənkəran”ın futbolçusu Elnur Allahverdiyev kobud oyuna görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanıb, klubu 200 manat cərimə olunub.
“Turan” – “Bakı” matçında hər iki klubun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün 1000 manat cərimə olunublar. Oyunun 45-ci dəqiqəsində “Turan”ın azarkeşləri tərəfindən meydançaya meydançaya kənar əşya atıldığı üçün klub 2000 manat cərimə olunub. “Turan” klubu matçın 15-ci dəqiqəsində
“Turan” klubunun futbolçusu Məhərrəm Müslümzadənin əllə oyuna görə, matçın 45-ci dəqiqəsində isə Ramal Hüseynovun hakimə etiraz etdiyinə görə sarı vərəqə ilə cəzalandırıldığı və göstərilən vərəqələrin əsasız olması haqqında İntizam Komitəsinə məktub ünvanlayıb. Matçın video yazısını izlədikdən sonra İntizam Komitəsi nəzərdə tutulan hadisələr haqqında aşağıdakı qərarları qəbul edib:
1. Matçın 15-ci dəqiqəsində “Turan”ın futbolçusu Məhərrəm Müslümzadəyə əllə oyuna görə göstərilmiş sarı vərəqə ləğv edilsin.
2. Matçın 45-ci dəqiqəsində Ramal Hüseynova hakimə etiraz etdiyinə görə göstərilmiş sarı vərəqə qüvvədə qalsın.
Premyer Liqanın 6-cı turunun “Neftçi” – “Qəbələ” matçında “Neftçi”nin 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunub.
DİGƏR XƏBƏRLƏR