“Eurovision-2008”-in iştirakçısının ifadəsi alınıb
“Eurovision-2008” müsabiqəsində Azərbaycanı təmsil edən Samir Cavadzadə sərbəst buraxılıb.
Hadisə bu gün səhər saatlarında Nəsimi rayonu Mirəli Qaşqay küçəsi, 32 ünvanında yaşayan Elvin Hüseynov Samir Cavadzadə tərəfindən bıçaqlanıb. S. Cavadzadə saxlanılıb.
Nəsimi rayon Polis İdarəsinin 21-ci Polis Bölməsindən Simsar.az-a bildirib ki, hadisəni törədən Samir Cavadzadənin ifadəsi alınıb, təhqiqat qrupu Cavadzadənin iştirakı ilə araşdırma aparmaq üçün hadisə baş verən ünvana gedib: “Hadisə baş verən ev müayinə edildikdən sonra protokol tərtib edilib və Samir Cavadzadə sərbəst buraxılıb”.
RAMİL
DİGƏR XƏBƏRLƏR