Qarşı tərəf cavab atəşi ilə susdurulub
Ermənistan silahlı qüvvələrinin bölmələri sentyabrın 30-da saat 23.10-dan 23.30-dək Ermənistan Respublikasının Berd rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Tovuz rayonunun Koxanəbi kəndi yaxınlığındakı adsız yüksəkliklərdə yerləşən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar. Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, qarşı tərəf cavab atəşi ilə susdurulub.
DİGƏR XƏBƏRLƏR