Stadionlarla bağlı treninqlər başladı
Bu gündən etibarən Bakıda FİFA U-17 qadınlararası Dünya çempionatı Azərbaycan-2012-nin oyunlarının keçiriləcəyi stadionlar və məşq meydançalarında çalışan şəxslər üçün treninqlər başlayıb. Fanat.az xəbər verir ki, tədbirdə FİFA nümayəndələri Oliver Voqt, Stüart Larman, Stefan Baker və Markus Keller iştirak edir.
Treninqlər bu gün AFFA Futbol Mərkəzindəki "Dalğa Arena"da start götürüb. AFFA-nın baş katibi, FİFA U-17 qadınlararası Dünya çempionatı Azərbaycan-2012-nin Yerli Təşkilat Komitəsinin sədri Elxan Məmmədov çıxış edərək Dünya çempionatına hazırlıqla bağlı məlumat verib, turnirin yüksək səviyyədə təşkil olunacağına əminliyini bildirib və treninq iştirakçılarına uğurlar arzulayıb.
Sonra nəzəri və praktiki məşğələlər keçirilib. Treninqlərdə əsasən ot örtüyünün yüksək səviyyədə saxlanması barədə ətraflı məlumatlar veriləcək. Treninqlər oktyabrın 7-də başa çatacaq.
DİGƏR XƏBƏRLƏR