6,2 bal gücündəki zəlzələnin episentri Tama bölgəsinin 139 kilometr şimal-şərqi olduğu bildirilib
Cənubi Amerika ölkələrindən Argentinada zəlzələ baş verib. Simsar.az haberturk.com-a istinadən xəbər verir ki, Argentinanın şimalında baş verən 6,2 bal gücündəki zəlzələ zamanı ölkənin böyük ziyan görmədiyi bildirilib.
Amerikan Geoloji Araşdırma Mərkəzi, zəlzələnin episentrinin Tama bölgəsinin 139 kilometr şimal-şərqində 9,5 kilometr dərinlikdə olduğu qeyd olunub.
Argentinalı səlahiyyət sahibləri tərəfindən zəlzələnin hər hansı bir can, ya da mal itkisi törətməsi haqqında məlumat verilmədiyi bildirilib.
Digər tərəfdən qonşu Çilnin şimalında yerləşən Eskondonia bölgəsindəki dünyanın ən böyük mis mədəni hesab olunan mədəndə çalışanlar zəlzələni hiss etmədiklərini söyləyiblər.
DİGƏR XƏBƏRLƏR