Yanis Reise: "Silah satışı fakt olarsa, ciddi nəticələri olacaq"
Latviya tərəfi Ermənistana silah göndərilməsini araşdırır. Bunu Bakıda keçirdiyi mətbuat konfransında Baltik Assambleyasının vitse-prezidenti, Latviya nümayəndə heyətinin rəhbəri Yanis Reise deyib.
Reise deyib ki, silah satışı fakt olarsa, ciddi nəticələri olacaq. Latviya parlamentinin nümayəndəsi əlavə edib ki, ölkəsində silah satışı lisenziyalı fəaliyyətdir. Latviya nümayəndə heyəti ölkəsinin Müdafiə Nazirliyi ilə əlaqə saxlayıb. Nazirlikdən Ermənistana silah satışı ilə bağlı MN-dən heç bir şirkətin lisenziya almadığı bildirilib.
Ermənistana silah satışına Latviyanın "Latspeceksports" şirkəti də cəlb olunub. Bunu GUAM Parlament Assambleyası və Baltik Assambleyasının Bakıda keçirilən "Sərhədlər üzərindən əlaqələrin qurulması" adlı birgə beynəlxalq konfransda çıxışında Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Təhlükəsizlik Problemləri İdarəsinin 2-ci katibi Elçin Hüseynli deyib.
XİN təmsilçisi konfransda iştirak edən Baltik Assambleyasına üzv olan parlamentarilərə müraciət edərək, onları bu məsələni araşdırmağı çağırıb.
DİGƏR XƏBƏRLƏR