DİN-də kollegiya iclası keçirilir
Simsar.az-ın məlumatına görə, 2011-ci ilin 3-cü rübünün yekunlarına həsr olunmuş iclasda nazirliyin rəhbər şəxsləri, bütün şəhər və rayonlarının polis rəisləri iştirak edir.
Daxili işlər naziri, general-polkovnik Ramil Usubovun rəhbərliyi ilə keçirilən kollegiya iclası axtarışda olanların tutulması, itkin düşən şəxslərin tapılması və 9 ayın yekunlarına həsr olunub.
Kollegiyada, həmçinin, son günlər ölkə ərazisində baş verən cinayət hadisələri, həmin cinayətlərin açılması istiqamətin görülmüş işlər və kriminogen durum müzakirə ediləcək.
DİGƏR XƏBƏRLƏR