Türkiyədə məşhur müğənniyə ərə gedən model məhkəməyə müraciət etdi
Bu yaxınlarda Türkiyənin məşhur aktyoru Tolga Karel ilə ailə həyatı quran azərbaycanlı model Günay Musayeva aldadılması iddiası ilə prokurorluğa müraciət edib.
Simsar.az saytı ensonhaber.com-a istinadən verdiyi xəbər verir ki, model Türkiyədə qalma və iş icazəsi almaq üçün qarşılığında 20 min dollar pul ödəyib. G.Musayevanın sözlərinə görə, həmin müddətdən beş ay keçməsinə baxmayaraq, verilən vədlər yerinə yetirilməyib, üstəlik aldıqları pulu da geri qaytarılmayıb: “Pul ilə yanaşı universitet diplomumu və bir çox rəsmi sənədlərimi də vermişəm. Beş ay keçdi aradan, pul da yox ortada, sənədlər də. Bu fəlakət gələcəkdə başqalarının da başına gəlməsin deyə hüquq döyüşü başlatdıq”.
Aynurə
DİGƏR XƏBƏRLƏR