Prezidentlərin xanımları da görüşüb
Azərbaycanda rəsmi səfərdə olan Avstriya Federal Prezidenti Haynts Fişerin Bakıda rəsmi qarşılanma mərasimi olub. Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı meydanda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
SalamNews xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Avstriya Prezidenti Haynts Fişeri və xanımı Margit Fişeri səmimiyyətlə qarşılayıblar. Avstriyanın və Azərbaycanın dövlət himnləri səsləndirilib. Dövlət başçıları fəxri qarovul dəstəsinin qarşısından keçiblər.
Azərbaycanın və Avstriyanın dövlət və hökumət nümayəndələri Prezident Haynts Fişerə və Prezident İlham Əliyevə təqdim olunub.
Prezidentlər və xanımları rəsmi foto çəkdirdikdən sonra dövlət başçılarının xanımlarının iştirakı ilə görüşü keçirilib.
Sonra Prezident İlham Əliyev və Prezident Haynts Fişer təkbətək görüşüblər.
Görüşdə ikitərəfli münasibətlərin müxtəlif sahələrdə, o cümlədən siyasi, iqtisadi və digər sahələrdə uğurla inkişaf etməsindən məmnunluq bildirilib. Ölkələr arasında əlaqələrin daha da genişləndirilməsi üçün yaxşı potensialın olduğu vurğulanıb.
Avstriya Prezidentinin Azərbaycana rəsmi səfərinin iki ölkə arasında əməkdaşlığın daha da möhkəmləndirilməsi baxımından əhəmiyyəti söylənilib, ikitərəfli, regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
DİGƏR XƏBƏRLƏR