Döş qəfəsindən güllə yarası alan əsgər hospitala yerləşdirilib.
Ermənistan Silahlı Qüvvələrinin atəşkəsi pozması nəticəsində bir əsgərimiz yaralanıb.
Hərbi mənbədən Trend-ə verilən məlumata görə, Bakının Xəzər rayonundan hərbi xidmətə çağırılmış Şükürlü Elnur Arif oğlu düşmən hərbiçilərinin açdığı atəş nəticəsində döş qəfəsindən güllə yarası alıb və hospitala yerləşdirlib.
Əsgər bu ilin aprelində hərbi xidmətə başlayıb.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat almaq mümkün olmayıb.
DİGƏR XƏBƏRLƏR