Səfiri iki ölkə arasında dostluq cəmiyyətinin yaradılmasını istəyir
Fələstinin Azərbaycandakı səfiri Naser Abdel Kərim iki ölkə arasında dostluq cəmiyyətinin yaradılmasını təklif edib. Səfir bu təklifi Ziya Bünyadov adına Azərbaycan Milli Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun direktoru, Milli Məclisin deputatı Gövhər Baxşəliyeva ilə görüşdə irəli sürüb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Şərqşünaslıq İnstitutundan məlumat verilib.
Görüşdə səfir Azərbaycanın Fələstinə münasibətindən və xüsusilə Şərqşünaslıq İnstitutunun bu istiqamətdə apardığı elmi araşdırmalardan məmnunluq bildirib. N.Kərim AMEA-nın Şərqşünaslıq İnstitutu və öz ölkəsinin elmi müəssisələri arasında sıx əməkdaşlığın yaradılmasına çalışacağını deyib.
İnstitutun direktoru səfirə Azərbaycan alimlərinin Fələstinlə bağlı elmi-tədqiqat işlərini nümayiş etdirib.
DİGƏR XƏBƏRLƏR