4118 şikayət 9 ayda edilib
İqtisadi İnkişaf Nazirliyinin 195-2 Telefon Məlumat Mərkəzinə 2011-ci ilin yanvar-sentyabr ayları ərzində 4118 müraciət daxil olub.
Nazirliyin mətbuat xidmətindən Simsar.az-a verilən məlumata görə, müraciətlər əsasən, Sahibkarlığa Kömək Milli Fondu tərəfindən verilən güzəştli kreditlər, sahibkarlıq fəaliyyəti, istehlakçıların hüquqlarının müdafiəsi, eləcə də Nazirliyin səlahiyyətlərinə aid olan digər məsələləri əhatə edib.
Telefon Məlumat Mərkəzinə daxil olmuş müraciətlər operativ şəkildə cavablandırılıb, şikayət xarakterli müraciətlər isə müvafiq qaydada qeydiyyata alınaraq, Nazirliyin aidiyyəti strukturları tərəfindən qanunvericilikdə müəyyən olunmuş müddətdə baxılıb və nəticəsi barədə müraciətçilərə məlumat verilib.
DİGƏR XƏBƏRLƏR