Berlində Ticarət və İnvestisiyalar üzrə iki ölkənin Yüksək Səviyyəli İşçi Qrupunun ilk iclası keçirilib
Berlin şəhərində Ticarət və İnvestisiyalar üzrə Almaniya-Azərbaycan Yüksək Səviyyəli İşçi Qrupunun ilk iclası keçirilib. İclasda İqtisadi İnkişaf Nazirliyinin Aparatının rəhbəri Samir Vəliyevin rəhbərlik etdiyi nümayəndə heyəti iştirak edib.
Nazirliyin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, tədbirdə iştirak edən İqtisadi İnkişaf Nazirliyinin Aparatının rəhbəri Samir Vəliyev ölkə iqtisadiyyatı, aparılan islahatlar və əldə olunmuş uğurlar barədə iştirakçılara ətraflı məlumat verib. O qeyd edib ki, iqtisadi islahatlar, görülmüş genişmiqyaslı işlər nəticəsində Azərbaycanda sürətli iqtisadi inkişafa nail olunub, ölkədə sahibkarlıq fəaliyyəti genişlənib, əlverişli investisiya və biznes mühiti yaradılıb.
İclasda Almaniya-Azərbaycan Ticarət Palatasının yaradılması, nativ enerji sahəsində iki ölkə arasında əməkdaşlıq, biznesin idarə olunmasında Azərbaycan sahibkarları üçün Almaniyada kursların davam etdirilməsi, sənaye və kimyayönümlü parkların yaradılması sahəsində alman təcrübəsinin öyrənilməsi, Azərbaycan və Almaniya regionları arasında əməkdaşlığın genişləndirilməsi, həmçinin özündə Almaniyanın aparıcı şirkətlərini birləşdirən Şərq Komitəsinin nümayəndələrinin iştirakı ilə ölkəmizdə Almaniya-Azərbaycan iqtisadi forumunun keçirilməsi və digər məsələlər müzakirə edilib.
DİGƏR XƏBƏRLƏR