Azərbaycanlı iş adamı Bodrumda 4 min nəfərlik əyləncə yarımadası yaradacaq
Azərbaycanlı iş adamı Mübariz Mənsimovun sahibi olduğu “Palmali” Şirkətlər Qrupu Türkiyədə turizm sektoruna qoyduğu sərmayələri artırmağı qərara alıb. Simsar.az-ın “Vatan” qəzetinə istinadən verdiyi məlumata görə, bu il 350 milyon dollara çatacaq ümumi turizm sərmayələrində ən böyük payı Bodrumdakı “Palmarina” alacaq.
Şirkətlər Qrupu “Bodrum Yalıkavak” limanını 42 milyon dolara alaraq, limanın adını
“Palmarina” qoyub. Bundan sonra limanın tutumunun artırılmasına başlanılıb. 70 milyon dollara başa gələcək “Palmarina”nın yaxta tutumu 750-yə çatacaq. İyunda isə liman daxilində 4 min nəfərlik əyləncə yarımadası açılacaq.
“Palmali”nin turizm üzrə vitse-prezidenti Kərəm Tümay “Palmarina”nın yenilənmə çalışmalarını 2013-cü il mövsümündə bitirmək niyyətində olduqlarını açıqlayıb: “Liman indi fəaliyyətini davam etdirir. Ora 25 milyon dollar civarında sərmayə qoymağı düşünürük. Limanda ilk dəfə 70 metrlik yaxtanın problemsiz giriş-çıxışı mümkün olacaq. Meqa-yaxtalar üçün də bütün xidmətlər təmin ediləcək”.
“Palmarina”nın layihəsini bir çox beynəlxalq mükafatın sahibi olan Əmrə Arolat hazırlayıb. Bu, Arolatın ilk liman layihəsidir. Tümayın sözlərinə görə, “Palmarina”nın içində 40-45 say-seçmə dünya markasının mallarından ibarət alış-veriş sektoru da olacaq. O, yarımadanın əyləncə mərkəzli olacağını da vurğulayaraq, dünya markalarından biri olan “Billionaire Club”un (Milyonerlər klubu) burada da yer alacağını söyləyib. Hovuz, konsert meydançası və 4 min nəfərlik əyləncə sahəsinin inşa edildiyini bildirən Tümayin sözlərinə görə, bütün fəsillərdə xidmət göstərəcək əyləncə adasının iyunda fəaliyyətə başlaması nəzərdə tutulub.
Qeyd edək ki, Dünyaca məşhur əyləncə məkanı kimi tanınan “Billionare Club” 1998-ci ildə italyan iş adamı Flavio Briatore tərəfindən Sardiniya adasında qurulub. Onu Türkiyəyə ilk dəfə “The İstanbul EDITION Hotel” və “Palmali” gətirib. İstanbuldakı oteldə olan “Billionare Club”un ikinci dayanacağı Bodrum olacaq.
DİGƏR XƏBƏRLƏR