“Lalənin qalib olmasında 90 faiz mənim rolum var”
Azad Azərbaycan Televiziyasının (ATV) layihəsi olan “Tanıdım Səni” yarışmasının qalibi Lalə Hüseynzadənin atası Məzahir Hüseynov narzıdır. Simsar.az-ın məlumatına görə, o, qızına vəd olunan 3 otaqlı mənzilin əvəzinə, Bakı-Sumqayıt yolunun 7-ci kilometrliyində yerləşən Masazırda yaşayış üçün yararsız bir otaqlı mənzili təklif edildiyini deyib.
“Bir həftə gözlədik. Sonra ölkə başçısına, Heydər Əliyev Fonduna, Ombudsmana, Korrupsiyaya qarşı Mübarizə İdarəsinə məktubla müraciət etdim. Sonda sizə üz tutdum. Dəfələrlə ATV-nin rəhbərlərindən olan Həsən müəllimin qəbulunda olmuşam. Mənə deyirlər ki, biz deməmişik qalibə şəhərdə üç otaqlı mənzil verəcəyik. Bunlar efirə baxan 9 milyonluq xalqı, Laləni xarici ölkələrdən dəstəkləyən insanları baxın necə aldadırlar?” deyə, ata bildirib.
Şikayətçi ata deyir ki, ATV dediyi üç otaqlı mənzili vermirsə, heç olmasa şəhərdə bir otaqlı mənzil versin ki, Lalə burada qalıb təhsil ala bilsin. Efirdən Şeyx Əbdül deyirdi ki, Fərhad Xəlilovla danışıb, Laləni Rəssamlıq Akademiyasına heç bir imtahansız qəbul edəcəklər. Ortada hələ heç nə yoxdur. Boş vədlərdən başqa. Masazırda verilən bir otaqlı evi özümüzə təhqir sayırıq. Onu verib özlərini biabır etdilər”.
“Tanıdım Səni” yarşımasının münsiflər heyətinin üzvü Şeyx Əbdül Mahmudbəyov Simsar.az-a açıqlamasında Lalənin atasının ünvanına sərt ifadələr işlədib: “O, çox qələt edir. Bu vaxta qədər o, hardaydı, indi çıxıb üzə, bizimlə ev davası edir. Biz heç vaxt deməmişik ki, qalibə 3 otaqlı mənzil verəcəyik. Sadəcə, 3 cavan aşıq vardı, zarafat üçün dedik ki, qalib olsalar bir otaqlı mənzili onların arasında bölüşdürə bilməyəcəyik, ondansa hərəsinə bir ev verək. Yəni bunu zarafatla demişik”.
L.Hüseynzadənin Rəssamlıq Akademiyasına imtahansız qəbul olunması barədə vədinə gəlincə, bunu dediyini, amma vədinə əməl etməyəcəyini bildirdi: “Demişəm, amma Lalənin atasının acığına eləməyəcəm. Atası qızının qələbəsindən özünün maddi maraqları üçün istifadə etməyə çalışır. Lalənin qalib olmasında 90 faiz mənim rolum var. Bütün dost-tanışlara müraciət etmişəm ki, ona səs versinlər. Yetim qız idi, köməklik göstərdim. Qız bizə zəng edib ağlayır. Onun heç bir günahı yoxdur. Bütün günahlar atasındadır”.
RUSLAN
DİGƏR XƏBƏRLƏR