Müğənni fanatları ilə görüşəcək
Sabah müğənni Natəvan Həbibi fanatları ilə görüşəcək. Bu barədə simsar.az-a yerli saytların birində reallaşdırılan “Ulduzlu gün” internet layihəsinin rəhbəri “Sa Sa” məlumat verib. Onun bildirdiyinə görə lahiyəsinə start verdiyi gündən qonaq qismində iştirak edən müğənnilər arasında Natavana ünvanlanan sual və sevgi etirafları rekord vurub. Bəlli olub ki, Natavan həqiqətən də böyük fanat ordusuna malik olan müğənnidir. Layihənin şərtlərinə əsasən hər qonaq ona ünvanlanan sual və xoş sözlərdən ən çox bəyəndiyi ikisinin sahibini seçir. Natavan da artıq öz seçimini edib. O iki xoşbəxt fanatın kimliyi isə sabah bəlli olacaq. Layihənin rəhbəri ona bildirib ki, seçilən fanatlar kumirləri ilə görüşə səbirsizliklə hazırlaşırlar. Onlar Natavana maraqlı sürpriz dolu hədiyyələr təqdim edəcək və xatirə şəkilləri çəkdirəcəklər.
Azər Nəsibov
DİGƏR XƏBƏRLƏR