“Xanımımın efirlərə çıxmasını istəmirəm”
Bəstəkar və ifaçı Nazim tezliklə subaylığın daşını atacaq. Əslində, toy ötən il olmalı idi. Lakin atasının vəfatı ilə əlaqədar bu mümkün olmadı. Simsar.az-a danışan Nazim bildirdi ki, mayın 9-u özünə toy məclisi düzənləyib və məclisdə ancaq kişilər iştirak edib. İyun ayının 19-u atasının vəfatının ildönümü tamam olduqdan sonra iyulun 3-ü toy olacaq.
Qeyd edək ki, Nazimin ailə quracağı xanım ixtisasca modelyer-dizaynerdir. Ailə qurduqdan sonra həyat yoldaşının bu sahə üzrə fəaliyyət göstərəcəyinə gəldikdə, Nazim bildirdi ki, əgər özlərinə aid biznesləri olarsa, çalışacaq: “Dostlarım olan xanım müğənnilərin geyimlərini hazırlamasına heç bir etirazım yoxdur. Efirlərdə ona təşəkkür edə bilərlər. Amma istəmirəm ki, özü efirə çıxsın”. Nazim onu da bildirdi ki, nişanlısı ona rəsm çəkməyi öyrədib və bu, onların hər ikisində də uğurlu alınır. Həmin rəsmlərin bir neçəsini sizə təqdim edirik.
Azər Nəsibov
DİGƏR XƏBƏRLƏR