Müğənni mətbuat konfransında klip üçün ödədiyi məbləğin 71 min avrodan uzaq olduğunu bildirib
Dünən gənc müğənni Zarina Məmmədova vəd etdiyi “Kaş” adlı mahnısına çəkilən klipi jurnalislətərə təqdim etdi. Simsar.az-ın məlumatına görə, mahnının sözləri Ülviyyə Alovluya, musiqisi isə Rəhim Rəhimliyə məxsusdur. Mahnını lentə alan rejissor Nail Naiboğludur.
Klipi izləyən jurnalistlər müğənninin ifasını bəyənməklə yanaşı, onun aktyorluq bacarığını da vurğuladılar. Ancaq klipi bəyənməyən jurnalist də oldu. Zarinanın peşəkar ifasından söz salan jurnalistlərdən biri rejissorun işini təndiq edib.
Sadə süjet xəttinə üstünlük verdiyini açıqlayan Zarina klipinin məbləğindən söz açmadı. Jurnalistlərin “Siz də 71 min avro xərçləmisiz?” sualına Zarina olduqca səmimi cavab verdi: “Vallah, mən yalan danışa bilmərəm. Ödədiyim məbləğ 71 min avrodan uzaqdır. Mən heç kimin işinə qarışa bilmərəm. Yəni, hər kəs istədiyi məbləğə klip çəkdirir. Sadəliyi isə özm istədim. Çətin süjetdən hər zaman qaçıram”.
Müğənninin yanında əyləşən mahnının söz müəllifi Ülviyyə Alovlu klipi bəyənib, Zarinanı uğurlu layihəyə görə təbrik edib.
Mətbuat konfransında Zarinanın bir nömrəli fanatı müğənniyə hədiyyə verib.
Azər Nəsibov
DİGƏR XƏBƏRLƏR