Onlar Alov Qüllələrini özlərinin düzümlərinə bənzədiblər
İrlandiyanın «Irish Independent» qəzeti yazır ki, bu ölkənin «Eurovision 2012» mahnı müsabiqəsində təmsilçilərini Bakıda fanatlar qarşılayıb.
Təyyarədən enən kimi Con və Edvard Grimes qardaşları karıxmış rəsmilər qarşısında mayallaq aşaraq deyiblər ki, bu ölkəyə təzə ad qoyublar – «EdzerbaiJohn»:
«Mən Edzerəm, o, isə Baijan, birlikdə olur Edzerbaijan», - Jedvard yerli televiziyalardan birinə deyib. Qardaşlar fotolar üçün poza veriblər, onları gözləyən fanatlarla birlikdə müsabiqəyə təqdim edəcəkləri «Waterline» mahnısı oxuyublar.
John və Edvard (Jedvard) qardaşları daha sonra Bakını gəziblər. Onlar Alov Qüllələrini özlərinin piramida şəkilli, gelli saç düzümlərinə bənzədiblər.
«Bu qüllələr lap bizə oxşayırlar», - John belə deyib.
Qardaşlar mayın 14-də «Crystal Hall»da məşqlərə başlayırlar.
Jedvardın səhnə dekorasiyası iki həftə əvvəl yola salınıb. Buraya su fəvvarəsi effekti də daxildir.
İlk dəfə olaraq iki il dalbadal İrlandiyanı «Eurovision»da təmsil edən əkizlərinin səhnə kostyumları 10 çamadana yüklənib.
Jedvard mayın 22-də «Eurovision» yarımfinalına sonuncu çıxacaq. Final konserti mayın 26-da olacaq.
DİGƏR XƏBƏRLƏR