Hər gün Bakı Kristal Hallın səhnəsində 9 təmsilçi məşq edəcək.
Səbinə Babayeva Bakı Kristal Hallın səhnəsində ilk məşqini keçirəcək. Simsar.az-ın məlumatına görə, Azərbaycan təmsilçisi ilk məşqini mayın 19-da edəcək. Mayın 26-da keçiriləcək müsabiqənin final mərhələsində birbaşa çıxış edən 6 ölkə - Azərbaycan, Almaniya, Fransa, Böyük Britaniya, İtaliya və İspaniya təmsilçiləri onlar üçün ayrılmış gündə ilk məşqlərini edəcəklər.
S.Babyevanın ikinci məşqi mayın 20-də keçiriləcək.
Azərbaycanın ev sahibliyi etdiyi Eurovision-2012 mahnı müsabiqəsinin Bakı Kristal Halldakı məşqlərinə mayın 13-də başlanıb. Həmin tarixdən etibarən hər gün saat 11:00-dan 19:20-dək məşqlər keçirilir. Bildirək ki, hər təmsilçinin məşqinə 40 dəqiqə vaxt ayrılıb.
Mayın 19-na kimi birinci və ikinci yarımfinal mərhələlərində çıxış edəcək ölkələr öz məşqlərini keçirəcəklər.
Hər gün Bakı Kristal Hallın səhnəsində 9 təmsilçi məşq edəcək.
DİGƏR XƏBƏRLƏR