Ucar rayonunda kütləvi zəhərlənmə qeydə alınıb.
Xəstəxanadan aldığım məlumata görə, Ucar rayonunun Şalıq kənd sakinləri 1959 - ci il təvəllüdlü Abbasov Mübariz Sirac oğlu, 1976 – cı il təvəllüdlü Əhmədov Yaşar Səftər oğlu, 1976 – cı il təvəllüdlü Məmmədov Mirpaşa Zaman oğlu və 1971-ci il təvəllüdlü İbrahimov Elman İbrahim oğlu bu gün saat 19:00 radələrində zəhərlənmə diaqnozu ilə Ucar Rayon Mərkəzi xəstəxanasına yerləşdirilib. Həkimlərin göstərdiyi ilkin yardımdan sonra xəstələrin hamısı evə göndərilib. Məlumata görə, zəhərlənmə xiyar yedikdən sonra baş verib. Mübariz Abbasovun vəziyyəti ağırlaşdığından o, yenidən xəstəxanaya qaytarılıb.
DİGƏR XƏBƏRLƏR