Saytlarda "Eurovision" əleyhinə şüarlar yerləşdirilib
Özünü “Azadlıq fədailəri” adlandıran haker qruplaşması “eurovision.az” və “eurovisionaz.com” saytlarına hücum həyata keçirib. Simsar.az-ın məlumatına görə, bu gün günorta saatlarında gerçəkləşən hücum nəticəsində saytların fəaliyyətində problemlər yaranıb.
Hər üç saytda haker qrupu tərəfindən Bakıda keçirilən “Eurovision” musiqi yarışması əleyhinə şüarlar yazılıb.
Hazırda saytların texniki heyəti problemin aradan qaldırılması ilə məşğul olurlar.
Qeyd edək ki, “eurovision.az”, “eurovisionaz.com” “Eurovision-2012” müsabiqəsinin rəsmi saytlarıdır.
DİGƏR XƏBƏRLƏR