Palata Azpromo, Xaçmaz rayon İcra hakimiyyətini və Ekologiya Nazirliyiinin də auditini keçirəcək
Hesablama Palatası daha bir neçə dövlət qurumunun yoxlanılmasının qərara alıb. Palatanın mətbuat xidmətindən Simsar.az-a verilən məlumata görə, Hesablama Palatasında keçirilən Kollegiya iclasında “Azərbaycan İnvestisiya Şirkəti” Açıq Səhmdar Cəmiyyətinin fəaliyyəti üzrə vəsaitlərin formalaşması və istifadəsinə, Xaçmaz rayon İcra hakimiyyətinin tabeliyində olan idarə, müəssisə və təşkilatlara dövlət büdcəsinin “Mənzil və kommunal təsərrüfatı” bölməsindən ayrılan vəsaitlərin proqnozlaşdırılması və istifadəsinə, Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən dövlət rüsumlarının, cərimələrin, digər icbari ödənişlərin, habelə xüsusi vəsaitlər üzrə daxilolmaların qanunvericiliyə uyğun hesablanılması və ödənilməsinə dair Rəy və Hesabatlar müzakirə olunaraq təsdiq olunub, nəzarət tədbirlərinin nəticələri barədə Azərbaycan Respublikasının Milli Məclisinə məlumatların təqdim edilməsi qərara alınıb.
Kollegiya iclasında, həmçinin, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinə dövlət büdcəsinin “Kənd təsərrüfatı, meşə təsərrüfatı, balıqçılıq, ovçuluq və ətraf mühitin mühafizəsi” bölməsinin “Hidrometeorologiya tədbirləri” paraqrafından və Nazirliyin tabeliyində olan “Azərbaycan Respublikası Yaşıllaşdırma və Landşaft quruluşu” ASC-yə dövlət büdcəsinin “Mənzil və kommunal təsəsrrüfatı” bölməsindən ayrılan vəsaitlərin proqnozlaşdırılması və istifadəsinə dair Audit proqramı da təsdiq edilib.
DİGƏR XƏBƏRLƏR