Beynəlxalq Muzeylər günü münasibətilə "açıq qapı" günü elan edilib
18 may - Beynəlxalq Muzeylər Günü münasibəti ilə İçəri Şəhərdə yerləşən Qız Qalası, Sıratağlı dini-memarlıq kompleksi, Şirvanşahlar Sarayı Kompleksi, Çin məscidində sərgilənən numizmatik ekpozisiyada, eləcə də “Qala” Dövlət Tarix-Etnoqrafiya Qoruğunda “açıq qapı” günü elan edilir.“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsindən Simsar.az-a verilən məlumata görə, bununla yanaşı bu gün, saat 12:00-da Şirvanşahlar Sarayı Kompleksində “Sayrışan ulduzlar altında bərq vuran gövhər” adlı tədbir keçiriləcək.
Tədbirdə Bakı Humanitar Kollecinin müəllim və tələbə heyətinin hazırladıqları “Muzeylər gecəsi” adlı bədii kompozisiya təqdim ediləcək.
DİGƏR XƏBƏRLƏR