Camp Devid qərargahında Suriya, İran, Şimali Koreya və Əfqanıstandakı vəziyyət müzakirə olunacaq
Suriya, İran, Şimali Koreya, Əfqanıstan problemləri, ərzaq təhlükəsizliyi, nüvə silahının yayılmaması, ətraf mühitin mühafizəsi və böhrandan sonra dünya iqtisadiyyatının bərpası məsələləri bu gün və sabah ABŞ prezidentinin Kəmp Deyviddəki qərargahında toplaşacaq Böyük Səkkizlik ölkələrinin liderlərinin əsas müzakirə mövzusu olacaq. ABŞ rəsmilərinin sözlərinə görə, sammitdə heç bir xüsusi mübahisəli məqam gözlənilmir. Böyük Səkkizlik liderlərinin bütün əsas məsələlər üzrə razılığa gələcəyi hesab edilir. Liderlərin gələcək fəəliyyətlə bağlı müzakirələr aparmaq üçün bu görüşü uğurlu məqam hesab etdikləri bildirilir.
Böyük Səkkizlik liderləri bu axşam qeyri-rəsmi şam yeməyində İran, Suriya, Şimali Koreya, Myanma, Yaxın Şərq və Afrika kimi beynəlxalq məsələləri müzakirə edəcəklər. Sabah keçiriləcək əsas iclasda isə liderlər iqtisadi inkişaf və iqtisadiyyatın bərpası məsələlərini müzakirə edəcəklər.
Böyük Səkkizlik liderləri Kəmp Deyviddəki görüşdən sonra mayın 20-21-də NATO-nun sammitində iştirak etmək üçün Çikaqoya yola düşəcəklər. NATO sammitində isə əsas müzakirə mövzusu Əfqanıstanda vəziyyət və onun gələcəyi barədə olacaq.
DİGƏR XƏBƏRLƏR