Həmkarları ona qibtə edəcəklər
Müğənni Əkbər yay aylarında bir çox həmkarlarından fərqli olaraq dinləyicilərə lirik mahnı təqdim edəcək. Sözləri və musiqisi Leyli İsrafilovaya məxsus olan “Sənsizlik” adlı mahnının yaxın günlərdə aranjimanı bitəcək və studiya yazılışına başlanacaq. Bu barədə müğənni simsar.az saytına məlumat verib. Bildirdiyinə görə mahnı hazır olduqdan sonra iyun ayında klip çəkdirəcək. Rejissorluğunu İlham Yaşaroğlunun edəcəyi klipdə Moskvadan dəvət olunacaq super modellərdən biri çəkiləcək. Əkbərin dediyinə görə o modeli görən hər kəs “dəli olacaq”. Nədən ki, model hədsiz gözəl xanımdır. Görünür Əkbər bəzi həmkərlarının ona qibtə etmələrini istəyir.
Azər Nəsibov
DİGƏR XƏBƏRLƏR