Müğənni müəllifi olduğu mahnıların aranjimanını türklərə həvalə edib
Az müddət əvvəl populyar müğənni Zamiqin türk müğənnisi Işın Karaca ilə yeni proyekt üzərində işlədiyi barədə məlumat vermişdik. Bu gün müğənninin prodüsseri Sami Orucla telefon əlaqəsi saxlayıb proyekt haqda daha ətraflı məlumat verməsini rica etdik. Sami ilə söhbətimizdə bəlli oldu ki, bu haqda danışmaq hələ tezdir. Nədən ki, Zamiq-Işın proyektinin həyata keçməsi hələ ki, sual altında qalıb. Lakin müğənni hazırda yeni mahnılar üzərində çalışır. O mahnılar ki, müəllifi məhz özüdür. İlk dəfə “Nağıllar” adlı mahnıya müəllif kimi imza atan Zamiq bunun onda uğurlu alındığını görcək, bəstəkarlıq fəaliyyətini davam etdirmək qərarına gəlib. Sami Orucun bildirdiyinə görə bu günlərdə İstanbula olan müğənninın səfərinin əsas məqsədlərindən biri yeni mahnılarını məhz orada aranjiman etdirmək olub. Mahnıların aranjimanını isə bu günə kimi Tarkan, Işın Karaca və digər məşhur türk müğənnillərinin mahnılarını aranjiman edən ansambl ərsəyə gətirəcək. Sami onu da bildirdi ki, mahnıların aranjimanı iyun ayının ortaları bitəcək. Həmin ərəfədə müğənni bir daha İstanbula yola düşüb, hazır mahnılarını götürəcək. Sonra isə mahnılardan ibarət albom hazırlanacaq.
Azər Nəsibov
DİGƏR XƏBƏRLƏR