Temza çayı üzərində 1000-dən çox gəminin müşayiəti ilə parad təşkil olunacaq və kraliça da bu tədbirdə iştirak edəcək.
İngiltərə kraliçası 2-ci Elizabetin taxta çıxmasının 60-cı il dönümü ilə əlaqədar paytaxt Londonda keçiriləcək tədbirlərə hazırlıqlar başlayıb. Simsar.az-ın məlumatına görə, “Brilliant il dönümü”nünün qeyd olunması üçün möhtəşəm tədbirə hazırlıq ilin əvvəlindən başlayıb. İyunun 3-də keçiriləcək tədbirdə Temza çayı üzərində 1000-dən çox gəminin müşayiəti ilə parad təşkil olunacaq və kraliça da bu tədbirdə iştirak edəcək.
Məlumat üçün bildirək ki, 2-ci Elizabet Kraliça Viktoriyadan sonra ən uzun müddət hakimiyyətdə olan kraliçadır. Kraliça Viktoriya 63 il hakimiyyətdə olmuşdu.
Fatimə Kərimli
DİGƏR XƏBƏRLƏR