“Rusiya vətənə xəyanət edən Rəhim Qaziyevdən istifadə edib”
Bu gün-mayın 18-də Azərbaycanın Laçın rayonunun Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunmasından 20 il ötür. Laçın rayonu 1992-ci il mayın 18-də işğal olunub. İşğal zamanı 333 nəfər laçınlı həlak, 225 nəfər isə əlil olub.
Laçının işğalı nəticəsində 127 yaşayış məntəqəsində 13745 fərdi ev, 48 sənaye, 63 kənd təsərrüfatı obyekti, 217 mədəni-maarif, 101 məktəb, 5 məktəbdənkənar tərbiyə müəssisəsi, 142 səhiyyə, 460 ticarət obyekti, 30 rabitə qovşağı, peşə məktəbi, teatr binası, tarix-diyarşünaslıq muzeyi məhv edilib, ümumilikdə rayona külli məbləğdə ziyan dəyib. Laçının 58229 nəfər əhalisi məcburi köçkün düşüb.
“1992-ci ildə Şuşanın işğalında ilk yerdə erməni separatçıları durur”.
Bunu jurnalistlərə açıqlamasında baş nazirin müavini, Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov bildirib. Ə.Həsənov qeyd edib ki, erməni separatçıları ilə yanaşı, Rusiyanın o zamankı müdafiə naziri də torpaqların işğalında mühüm rol oynayıb: “1992-ci ildə Pavel Qraçov Rusiyaya məxsus olan 336-cı alayın zabit heyətini 100 faiz erməniləşdirib. Sabiq prezident Boris Yeltsin mayın 17-də anası erməni olan Qraçovu müdafiə naziri təyin etdi, bir gün sonra isə Laçın rayonu işğal olundu”.
Baş nazirin müavini qeyd edib ki, Qraçov həmin vaxt dövlətə xəyanət edən azərbaycanlılardan, xüsusən də Rəhim Qazıyevdən istifadə edib.
Əli Həsənov onu da bildirib ki, Dağlıq Qarabağ münaqişəsinin həllində Rusiyanın yeni prezidenti Vladimir Putinin obyektivlik nümayiş etdirəcəyinə inanır.
RAMİL
DİGƏR XƏBƏRLƏR