Hərbi hospitala yerləşdirilmiş 19 yaşlı Nurəli Əliyevin vəziyyəti ağır olaraq qalır
Cəbhənin Ağdam istiqamətində Ermənistan silahlı birləşmələrinin atəşkəsi pozması nəticəsində başından yaralanan Azərbaycan ordusunun əsgəri, 19 yaşlı Nurəli Əliyev təcili Bakıya gətirilib. Hərbi hospitala yerləşdirilmiş əsgərin vəziyyəti ağır olaraq qalır.
Qeyd edək ki, Milli Ordunun əsgəri ötən gün ərazidə ATƏT nümayəndələrinin keçirdiyi monitorinqdən bir neçə saat sonra Ermənistan ordusunun açdığı atəş nəticəsində ağır yaralanmışdı.
DİGƏR XƏBƏRLƏR