Elman Abdullayevin sözlərinə görə, Azərbaycan dövlətinə qarşı yönəlmiş hər bir təhqirə adekvat cavab veriləcək
“Azərbaycanın Təbrizdəki konsulluğu qarşısında keçirilən aksiya zamanı ölkəmiz əleyhinə söylənilən ifadələr və təhqirlər Azərbaycan dövləti tərəfindən qeyri-məqbul hesab olunur. Azərbaycan bunu cavabsız qoymayacaq”. Simsar.az-ın məlumatına görə, bunu Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elman Abdullayev deyib. Onun sözlərinə görə, Azərbaycan dövlətinə qarşı yönəlmiş hər bir təhqirin cavabı adekvat olaraq veriləcək.
“O qüvvələr dərk etməlidir ki, Azərbaycan müstəqil dövlətdir və onun daxili işinə müdaxilə yolverilməzidr. Azərbaycan artıq 20 il əvvəlki dövlət deyil. Azərbaycan daxili və xarici siyasətini özü müəyyənləşdirir və bu məsələdə heç kimlə məsləhətləşmir”, - deyə E. Abdullayev bildirib.
DİGƏR XƏBƏRLƏR