21 yaşlı oğlan həyəcandan maşını ağaca çırpıb
Bu gün Zaqatalada yenidən zəlzələ olub. Simsar.az-ın Azərbaycan Milli Elmlər Akademiyasının Respublika Seysmoloji Xidmət Mərkəzinin saytına istinadən verdiyi xəbərə görə, səhər saatlarında Zaqatala iki yeraltı təkan qeydə alınıb. Təkanlardan biri yerli vaxtla saat 07:01:01-də Zaqataladan 14 km cənubda 3.50 episentrdə hiss olunub. Saat 08:18:31-də isə 3.10 gücündə hiss olunan yeraltı təkanlar qeydə alınıb. İnsan təlafatı yoxdur.
Qeyd edək ki, ötən gün axşam saatlarında da Zaqatalada güclü zəlzələ baş verib. Yeraltı təkanların episentrdə (12 ballıq cədvəl üzrə) 6 bal, Zaqatalada və ocağa yaxın məntəqələrdə 5 və 4 bal gücündə hiss olunub.
Baş vermiş zəlzələ nəticəsində Zaqatala və Qax rayonunda yenidən dağıntılar qeydə alınıb. Hər iki rayonun icra hakimiyyətlərindən verilən məlumata görə, əvvəlki zəlzələdə qəzalı vəziyyətə düşmüş tikililərin böyük əksəriyyəti uçub.
Zaqatala Mərkəzi Rayon Xəstəxanasından verilən məlumata görə, bir neçə nəfər təcili tibbi yardım maşını ilə xəstəxanaya gətirilib. Gələnlərin əksəriyyəti təbii fəlakət zamanı stress keçirmiş insanlardır.
Fövqəladə Hallar Nazirliyi bir nəfərin yüngül xəsarət aldığı barədə məlumat verib.
Zaqatala Rayon Polis Şöbəsindən bildirilib ki, zəlzələ baş verən zaman Zaqatala-Muxax yolu ilə hərəkət edən, 21 yaşlı Fərid Hacıömərov idarə etdiyi avtomobili həyəcandan yol kənarındakı ağaca çırpıb. Nəticədə sürücü aldığı xəsarətdən hadisə yerindəcə dünyasını dəyişib.
malardan sonra məlumat veriləcəyini qeyd edib.
DİGƏR XƏBƏRLƏR