Qarşı tərəf cavab atəşi ilə susdurulub.
Ermənistan silahlı qüvvələrinin bölmələri mayın 18-də saat 23.35-dən 23.38-dək mövqelərimiz atəşə tutublar. Müdafiə Nazirləyindən simsar.az-a verilən məlumata görə Ermənistanın Noyenberyan rayonunun Şavarşavan kəndində yerləşən mövqelərdən Qazax rayonunun Fərəhli kəndində yerləşən mövqeləri, saat 12.00-dan 12.20-dək, 13.15-dən 13.35-dək və 21.30-dan 21.50-dək Tərtər rayonunun Çaylı, Qızıloba və Göyarx kəndləri yaxınlığında yerləşən mövqelərdən, saat 10.35-dən 10.55-dək Gədəbəy rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən, saat 11.30-dan 11.35-dək Cəbrayıl rayonunun Mehdili kəndi yaxınlığında yerləşən mövqelərdən, saat 12.30-dan 12.45-dək və 12.50-dən 13.00-dək Xocavənd rayonunun ərazisindəki adsız yüksəkliklərdə və Kuropatkino kəndi yaxınlığında yerləşən mövqelərdən, saat 11.30-dan 11.35-dək və mayın 19-da 05.20-dən 05.40-dək Füzuli rayonunun Horadiz və Qaraxanbəyli kəndləri yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən Simsar.az-a daxil olan məlumata görə, qarşı tərəf cavab atəşi ilə susdurulub.
DİGƏR XƏBƏRLƏR