Yeni plan “Barak Hüseyn Obamanın məğlubiyyəti” adlanır
Barak Obamanı siyasi arenadan çıxarmaq üçün 10 milyon dollarlıq plan hazırlandığı aşkara çıxıb. Simsar.az-ın xarici mətbuata istinadən məlumatına görə, Respublikaçılar Partiyası ilə milyarder iş adamları arasında hazırlanan plana “Barak Hüseyn Obamanın məğlubiyyəti” adı verilib. Cou Rikketsin başçılığı ilə hazırlanan planın əsas hədəfi qanuni yolla Obamanın imicinə zərbə vuraraq onun rəqibi respublikaçı Mitt Romnini irəli aparmaqdır. Obamanın rəqibləri onun xalqdan uzaq olması ilə bağlı fikir yaratmağı da planlaşdırırdı.
Planın aşkara çıxdıqdan sonra iş adamı Rikkets plana başçılıq etdiyini inkar edib. Obamanın seçim kampaniyasını təşkil edən komanda isə Romninin kəskin tənqid edib.
Fatimə Kərimli
DİGƏR XƏBƏRLƏR