Uşaq paltarla birgə bir neçə dövrə vursa da, onu xilas etmək mümkün olub
Amerikada oğlu ilə zarafat etmək istəyən ata uşağını paltaryuyan maşına atıb. Simsar.az-ın xarici mətbuata istinadən məlumatına görə, həyat yoldaşı və oğlu ilə birlikdə çamaşırxanaya gedən ata oğlu ilə zarafatlaşaraq onu paltaryuyan maşınına atıb və ağzını örtüb. Avtomatik olaraq bağlanma və işə düşmə sisteminə malik paltaryuyan işə düşdüyündən uşaq içəridə qalıb. Bundan sonra nə edəcəyini bilməyən ailə camaşırxananın işçilərinə xəbər verib. İşçilər paltaryuyan maşını dayandırıb və uşağı xilas edib. Uşaq bir neçə dəfə paltarla birlikdə dövrə vursa da kiçik zədələrlə xilas ola bilib.
Fatimə Kərimli
DİGƏR XƏBƏRLƏR